Prezident İlham Əliyev Kuba rəhbərinə başsağlığı verib

Eşqin Nuruşov/AZADİNFORM. Prezident İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Migel Dias-Kanel Bermudesə başsağlığı verib.

Azadinform xəbər verir ki, başsağlığında deyilir: "Hörmətli cənab Sədr, ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

19.05.2018 11:02 / Baxılıb: 173 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.06.2018
    16.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo