Vətəndaşların işə düzəltmək adı ilə 17000 manatını mənimsəyən saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Mayın 14-də Bakı şəhər sakinləri olan 4 nəfər Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edərək 2017-ci ilin avqust-oktyabr aylarında Elmir adlı şəxs tərəfindən aldadılaraq ümumilikdə 17.000 manat pullarının alındığını bildiriblər. 

DİN-dən Azadinform-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Elmir Dadaşov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun həmin şəxsləri müxtəlif nazirliklərdə işə düzəltmək adı ilə aldadaraq dələduzluq yolu ilə pullarını aldığı müəyyən edilib. 

Faktla bağlı cinayət işi başlanılıb. 

Polis əməkdaşları dələduzluqda şübhəli bilinən bu şəxsin digər analoji cinayətdə iştirakını da istisna etmirlər. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Binəqədi RPİ-yə müraciət edə bilərlər.

18.05.2018 14:15 / Baxılıb: 212 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo