Palata sədri: Elə məbləğlər var ki, onların bərpası mümkün olmur

“Audit olunan obyektlərdə ortaya çıxan nöqsanların aradan qaldırılması ilə bağlı ictimaiyyət məlumatlandırılmalıdır”. 

Bunu Milli Məclisin plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2017-ci ildəki fəaliyyəti barədə məlumat verərkən deyib. 

“Nəzarət tədbirləri nəticəsində dövlət büdcəsinə 18 milyon manat vəsaitin bərpasına nail olunub. Bu məbləğ az görünə bilər, lakin bu zaman hüquq mühafizə orqanlarına göndərilən materialları, eləcə də səmərəsiz xərclənmiş vəsaitləri də nəzərə almaq lazımdır. Elə məbləğlər var ki, onların bərpası mümkün olmur,” – deyə V. Gülməmmədov bildirib. (apa)

18.05.2018 13:42 / Baxılıb: 262 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo