Şotland pişik cinsinə aid 10 balanın İrana qanunsuz aparılmasının qarşısı alınıb

Samir Soltanov/AZADİNFORM. Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı sayəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. 

DSX-nın Mətbuat Mərkəzindən Azadinform-a verilən məlumata görə, ötən gün saat 18:50 radələrində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər sərhəd naryadı tərəfindən saxlanılıb. Sərhəd pozucusunun tutulduğu əraziyə baxış keçirilərkən qutuda “Şotland pişik cinsi”nə aid 10 baş pişik balası aşkar olunub. 

Sərhəd pozucusunun İran vətəndaşı, 1983-cü il təvəllüdlü Kakavənd Mima Fərhad olması, pişik balalarını satış məqsədilə İrana qaçaqmal yolu ilə aparmaq istəməsi müəyyən edilib. 

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

18.05.2018 13:32 / Baxılıb: 197 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo