Xəzərdən 1 687 995 kubmetr həcmində təmiz su istehsal olunub

Şəfa Tapdıq/AZADİNFORM. “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Dənizi Suyunun Duzsuzlaşdırılması Kompleksinə daxil olan dəniz suyunun duzsuzlaşdırılması zavodu 2013-cü ildən fəaliyyətə başlayıb sutkalıq gücü 2000 kubmetr təşkil edir. Bugünədək Kompleksdə 3 894 634 kubmetr həcmində dəniz suyu qəbul edilib və bundan 1 687 995 kubmetr həcmində təmiz su istehsal olunub”.

Azadinform xəbər verir ki, bu sözləri bu gün keçirilmiş tədbir zamanı ETSN-nin Ekologiya və Təbiəti Mühafizə Siyasəti şöbəsinin müdiri Rasim Səttarzadə deyib. Bildirib ki, Kompleksə daxil olan ərazidə 4 hektar tinglik sahəsi salınıb: "Burada 1 milyondan çox müxtəlif cinsli əkin materialları yetişdirilir. 2017-ci ildən başlayaraq, tinglikdə aqrobağların salınmasında istifadə etmək üçün müxtəlif meyvə tinglərinin yetişdirilməsinə başlanılıb”.

Şöbə müdiri onu da qeyd edib ki, istehsal olunan sudan Ələt-Salyan avtomobil yolunun ətrafında salınmış yaşıllıqların və kompleksin tərkibində yaradılmış tinglik sahələrinin suvarılmasında istifadə edilir.

18.05.2018 13:25 / Baxılıb: 326 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
17.10.2018
16.10.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo