İƏT-ə üzv ölkələrin toplantısı başlayıb - İstanbulda

Ləman Hüseynzadə / AZADİNFORM. İstanbulda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin toplantısı başlayıb.

Azadinform xəbər verir ki, toplantıda İsrailin Qəzzada fələstinlilərə qarşı törətdiyi qətliamla bağlı müzakirələr aparılacaq. 

40-dan çox ölkənin iştirak etdiyi zirvə görüşündə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu açılış çıxışı edərək bildirib ki, İƏT-ə üzv dövlətlər arasında birlik olmalıdır: “Biz bəzi ölkələrin ABŞ nümunəsini izləməsinin qarşısını almalıyıq. Ancaq bəzi İƏT üzvlərinin Fələstin davasına sahib çıxmadıqları görünür. Bəzilərinin Nyu Yorkdakı Qüds toplantısında çəkinərək səs verdiyini, bəzilərinin səs vermədiyini, bəzilərinin də əleyhimizə səs verdiyini gördük. İsrailin şiddət siyasəti sona çatmalıdır”.

18.05.2018 13:17 / Baxılıb: 257 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo