27 ildən sonra günahsız olduğu sübut olundu Azadlığa buraxıldı

Samir Soltanov/AZADİNFORM. ABŞ-da Con Bunn adlı şəxs 27 il həbsdə yatdıqdan sonra günahsız olduğu müəyyənləşib. 

Azadinform xəbər verir ki, 14 yaşında dostu ilə birlikdə polisi qətlə yetirməklə təqsirləndirilən Bunn məhkəmənin qərarı ilə azadlığa buraxılıb. Bildirilir ki, C. Bunn günahsız olduğunu və ortada çox böyük yanlış anlaşılmanın olduğunu bildirməsinə baxmayaraq həbsinə qərar verilmişdi. 2009-cu ildə şərti azadlığa buraxılma tələbi rədd edilən Bunnun taleyi cinayəti araşdıran dedektifin hadisə yerinə yanıldıcı dəlil qoyduğu ortaya çıxdıqdan sonra dəyişdi. Bundan sonra Bunnun günahsız olduğu təsdiqləndi. Azadlığa buraxılan Bunn bildirib ki, 27 ildir həyatım üçün mübarizə aparıram: “Bu gün günahsız olduğum sübut olundu. Yaşadığım sevincin həddi-hüdudu yoxdur”. 

Bunn məhkəmədə ağlayaraq hakimi qucaqlayıb. Məhkəmə salonundakı insanlarda qərarı ayaqda alqışlayıb.

18.05.2018 13:10 / Baxılıb: 1043 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo