"Mançester Siti" Qvardiola ilə müqaviləni uzadıb

"Mançester Siti" baş məşqçi Xosep Qvardiola ilə müqavilənin uzadıldığını elan edib.

Azadinform xəbər verir ki, yeni saziş 2020/21-ci illər mövsümünün sonunadək nəzərdə tutulub.

"Mən çox xoşbəxt və razıyam. Burada işləmək xoşdur. Hər gün oyunçularımla işləməkdən zövq alıram, yaxın illərdə biz birlikdə mümkün olan hər şeyi etməyə çalışacağıq", — deyə ispan mütəxəssis müqavilənin uzadılmasından sonra bildirib.

Qvardiola "Mançester Siti"yə 2016-cı ildən rəhbərlik edir. "Şəhərlilər" ötən mövsüm İngiltərə çempionatı və İngiltərə Liqa Kubokunu qazanıblar.

17.05.2018 23:57 / Baxılıb: 188 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo