Suriyada 70 fransalı hərbçi tutulub

Bəşər Əsəd ordusu YPQ/PKK terrorçularına dəstək məqsədi ilə Suriyada döyüşən bir qrup fransalı hərbçini saxlayıb.

Azadinform xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, Əsədə sadiq qüvvələr Hasəkə əyalətinin Qamışlı rayonunda 70-ə yaxın fransalı hərbçini tutub. Hərbçilər iyirmi cipdən ibarət karvanla Deyr-əz-Zor istiqamətində hərəkət edib.

Onlar YPQ/PKK-nın nəzarətində olan nəzarət buraxılış məntəqəsindən keçmək əvəzinə alternativ marşrutla hərəkət edib və beləcə Əsəd rejiminin blokpostuna düşüb.

Fransız hərbçilər sorğu-sual edildikdən sonra YPQ nümayəndələri blokposta yaxınlaşıb və hərbçilərin İŞİD-ə qarşı mübarizədə onlara dəstək göstərdiklərini təsdiq edib.

Danışıqlardan sonra fransızlar sərbəst buraxılıb və hərbçiləri daşıyan karvan Qamışlının rayon mərkəzinə geri dönüb.

17.05.2018 23:09 / Baxılıb: 213 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo