ABŞ Cənubi Koreya ilə hərbi təlimləri davam etdirəcək

Birləşmiş Ştatlar Cənubi Koreya ilə təlimlərin keçirilməsini davam etdirəcək, onların miqyası və cədvəli hətta ABŞ-KXDR sammiti öncəsi belə dəyişməz qalacaq.

Azadinform RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu cümə axşamı jurnalistlərə açıqlamasında Pentaqon nümayəndəsi Dana Uayt deyib.

"Deyə bilərəm ki, təlimlərimizin miqyası dəyişməyəcək. Bizim təlimlər hər il keçirilir, onlar çoxdan keçirilir, müdafiə xarakteri daşıyır və davam etdiriləcək. Bu Cənubi Koreya ilə alyansın qərarıdır. Bu etdiyimiz bizim və Cənubi Koreya qüvvələrinin hazırlığına əmin olmağımız üçündür", - deyə Uayt bildirib və təlimlərin qrafikinin dəyişməz qalacağını əlavə edib.

17.05.2018 22:08 / Baxılıb: 159 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo