Ağacdan yıxılan uşaq ağır xəsarət alıb

Şamaxı rayonunda 10 yaşlı uşaq ağacdan yıxılaraq ağır xəsarət alıb.

Hadisə rayonun Muğanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 2008-ci il təvəllüdlü Cavid Vadil oğlu Rəsulov həyətlərindəki alça ağacından yıxılıb.

O, ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

17.05.2018 21:39 / Baxılıb: 212 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo