Portuqaliya klubu tanınmış qapıçı ilə müqaviləni yeniləyib

Portuqaliyanın "Portu" klubu qapıçısı İker Kasilyas ilə müqavilənin müddətini daha bir il müddətinə uzadıb.

Azadinform klubun saytına istinadən xəbər verir ki, 37 yaşlı qolkiper 2019-cu ilin iyun ayına kimi Portuqaliya təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, İker Kasilyas 2015-ci ildən "Portu"nun şərəfini qoruyur. O, bu mövsüm komandası ilə ölkə çempionluğunu qazanıb. 

17.05.2018 20:48 / Baxılıb: 243 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo