UEFA "Atletiko" və "Marsel"ə qarşı intizam işi açdı

UEFA İspaniyanın "Atletiko" və Fransanın "Marsel" komandasına qarşı intizam işi açıb.

Azadinform-un qurumun saytına istinadən verdiyi məlumata görə, araşdırma Avropa Liqasının final oyununda baş verən hadisələrlə bağlı aparılacaq.

"Marsel" klubu barəsində intizam işi reqlamentin müxtəlif bəndləri üzrə açılıb. Fransa təmsilçisinin azarkeşləri sözügedən matçda iğtişaşlara səbəb olub. Fanatlar həmçinin pirotexniki vasitələrdən istifadə edib, meydana müxtəlif əşyalar atıblar.

"Atletiko" komandası isə azarkeşlərin tribunada irqçiliyə aid banner yerləşdirməsi və pirotexniki vasitələrdən istifadəyə görə ittiham olunur. Bu məsələ ilə bağlı qərar mayın 31-i veriləcək.

Qeyd edək ki, "Marsel" - "Atletiko" matçı İspaniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.  

17.05.2018 19:32 / Baxılıb: 222 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo