Avroliqanın final oyununun ilk simvolik bileti AFFA prezidentinə təqdim olunub

Samir Soltanov/AZADİNFORM. UEFA Avropa Liqasının 2019-cu ildə Bakı Olimpiya Stadionunda təşkil olunacaq final oyununun ilk simvolik bileti AFFA prezidentinə təqdim edilib. 

Azadinform xəbər verir ki, Fransanın Lion şəhərində, “Stade de Lyon” stadionunda “Marsel” (Fransa) – “Atletiko” (İspaniya) komandaları arasında keçirilən UEFA Avropa Liqası turnirinin 2017/2018-ci il mövsümünün final oyunundan öncə arenada UEFA-nın prezidenti Aleksander Çeferin AFFA prezidenti Rövnəq Abdullayevlə görüşüb. 

Təqdimatda UEFA-nın baş katibi Teodor Teodoridis və AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib. 

Xatırladaq ki, UEFA Avropa Liqasının 2018/2019-cu il mövsümünün final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi barədə qərar UEFA İcraiyyə Komitəsinin 2017-ci il sentyabrın 20-də keçirilmiş iclasında qəbul olunub.

17.05.2018 16:50 / Baxılıb: 196 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
    14.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo