Umud Mirzəyev Google mapsin təxribatına münasibət bildirib

AZADİNFORM. “Google axtarış sistemi növbəti dəfə təxribata yol verib. Məşhur axtarış sistemi "Google maps"də Dağlıq Qarabağın və Azərbaycanın işğal olunmuş digər ərazilərinin adları erməni dilində göstərilir.

Təəssüf ki, bu yuxarıda adı çəkilən internet resursunun təxribata yol verdiyi ilk hal deyil. Bu cür təxribat daha əvvəl də baş vermişdi. Beynəlxalq axtarış sisteminin Azərbaycan və onun ərazilərinə qarşı bu kimi təxribatları ciddi narahatlıq doğurur, xəritədə Azərbaycana qarşı bu cür təxribat xarakterli dəyişikliklərin edilməsi beynəlxalq konvensiyalara ziddir". Azadinform xəbər verir ki, bu fikirləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud irzəyev "Google maps"in təxribatına münasibət bildirərkən deyib və narahatlığını ifadə edib. Onun sözlərinə görə, erməni lobbisi uzun müddətdir ki, tarixi yenidən yazmağa çalışır. Xaricdə böyük təsirə malik olmaqla, onlar Dağlıq Qarabağ münaqişəsinin həllinin qarşısını almaq üçün hər vasitəyə əl atırlar: “Ermənistan tərəfi xəritəni dəyişərək və faktları təhrif edərək, vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Azərbaycan bütün qüvvəsi ilə münaqişənin sülh yolu ilə həll edilməsi üçün səy göstərir. Erməni lobbisi isə təsir vasitələrindən, indiki halda isə "Google" axtarış sistemindən istifadə edərək problemin sülh yolu ilə həllinə maneə törətməyə çalışır”.

U. Mirzəyev onu da qeyd edib ki, Google rəhbərliyi müvafiq tədbirlər görməlidir: “Bu, resursun faktları təhrif edərək bilərəkdən və ya təsadüfən ciddi pozuntulara yol verdiyi ilk hal deyil”.

17.05.2018 16:21 / Baxılıb: 205 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.08.2018
18.08.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo