Rusiya əhalisinin sayı 132,7 milyon nəfərə qədər azalacaq Proqnoz

Samir Soltanov/AZADİNFORM. Rusiya əhalisinin sayı 2050-ci ilədək 132,7 milyon nəfərə qədər azalacaq. 

Azadinform xəbər verir ki, bu proqnoz BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti tərəfindən səsləndirilib. Məlumata görə, milli statistika agentliklərinin məlumatına əsaslanan təşkilatın hesablamalarına görə, hazırda Rusiyada təxminən 144 milyon insan yaşayır, bununla yanaşı, şəhər əhalisinin payı 74,4 faiz (107,2 milyon) təşkil edir. Sənəddə deyilir ki, 2050-ci ilədək ölkə əhalisinin ümumi sayı 132,7 milyon nəfərə qədər azalacaq, şəhərdə yaşayan insanların nisbəti isə 83,3 faizə yüksələcək. 

BMT-nin məlumatına əsasən, 2050-ci ilə qədər dünya şəhərlərində yaşayan əhalinin sayı 6,7 milyard nəfərə çatacaq. 2028-ci ilə qədər isə Dehli şəhəri əhalisinin sayına görə hazırkı rekordçu Tokionu qabaqlayaraq dünyanın ən böyük meqapolisi olacaq. Hesablamalara görə, 10 ildən sonra Nyu-Dehli şəhəri də daxil olmaqla Hindistanın aqlomerasiyasında 37,2 milyon insan yaşayacaq. Hazırda dünyanın ən iri şəhəri aqlomerasiyasında 37 milyon nəfərin yaşadığı Tokiodur. Onun ardınca gələn Dehlidə 29 milyon, Şanxayda 26 milyon, Mexiko və San-Paulu şəhərlərinin hər birində isə 22 milyon nəfər yaşayır. 

Hazırda dünya əhalisinin sayı 7,6 milyard nəfərdir ki, onların 55 faizi şəhərlərdə məskunlaşıb. XXI əsrin ortalarında isə planetimizdə yaşayan insanların sayı 9,8 milyard nəfərə çatacaq və urbanizasiya nəticəsində şəhərlərdə yaşayan əhalinin sayı 68 faizə yüksələcək.

17.05.2018 15:26 / Baxılıb: 233 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo