Nalbəndyan dövründən qalan patefonun valını dəyişmək vaxtıdır

Samir Soltanov/AZADİNFORM. “2016-cı il Vyana və Sankt-Peterburq razılaşmalarından danışan Ermənistan XİN-nin nümayəndəsinə xatırlatmaq istərdim ki, həmin görüşlərdə intensiv danışıqlar apararaq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması razılaşdırılmışdı”. 

Azadinform xəbər verir ki, bunu Ermənistan XİN-nin nümayəndəsinin açıqlamasına cavab olaraq XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. H. Hacıyev qeyd edib ki, insidentlərin araşdırılması kimi texniki məsələlər də buna paralel olaraq aparılmalı idi: “Reallıq bundan ibarətdir. Ermənistan XİN nümayəndəsinə sənədləri düzgün oxumağı və başa düşməyi tövsiyə edərdim. Həm də artıq Nalbəndyan dövründən qalan patefonun valını dəyişmək vaxtıdır”.

17.05.2018 15:14 / Baxılıb: 223 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
    14.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo