Azərbaycanın əsas ticarət etdiyi ölkələr İlk üçlük

Samir Soltanov/AZADİNFORM. Bu ilin yanvar-aprel aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib. 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 1 milyard 502 milyon 826 min ABŞ dolları, Türkiyə ilə 884 milyon 498 min ABŞ dolları, Rusiya ilə isə 684 milyon 367 min ABŞ dolları dəyərində olub. 

Yanvar-aprel aylarında ixracda əsas ölkələrin siyahısına gəldikdə isə yenə ilk sırada İtaliya olmaqla, İsrail və Türkiyə qərarlaşıb. İtaliyaya ixrac 1 milyard 398 milyon 631 min ABŞ dolları, İsrailə 518 milyon 76 min ABŞ dolları, Türkiyəyə isə 416 milyon 331 min ABŞ dolları dəyərindədir.

17.05.2018 15:03 / Baxılıb: 229 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo