Brent 80 dolları keçdi

Samir Soltanov/AZADİNFORM. “Brent” markalı xam neftin bir barrelinin qiyməti 2014-cü ildən indiyədək ilk dəfə 80 dolları keçib. 

Azadinform xəbər verir ki, “Light” markalı xam neftin bir barrelinin qiyməti isə son 4 ilin maksimumuna çataraq 72 dolları ötüb. 

Hazırda Londonun ICE birjasında “Brent” markalı neftin bir barreli 80,06 dollara, Nyu-Yorkun NYMEX birjasında “Light” neftinin bir barreli isə 72,21 dollara alıcı axtarır.

17.05.2018 14:09 / Baxılıb: 189 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
    21.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo