Millimiz mövqeyində qaldı Reytinq

Samir Soltanov/AZADİNFORM. FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. 

Azadinform xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyi dəyişməyib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda 245 xalla 126-cı yerdədir. 

Yığmamızın Millətlər Liqasındakı rəqiblərinə gəlincə, Farer adaları 364 xalla 93-cü (+1), Kosovo 164 xalla 152-cı (0), Malta isə 62 xalla 185-ci (0) yerdədir. 

Qeyd edək ki, siyahıya 1544 xalla Almaniya başçılıq edir. Braziliya ikinci (1384), Belçika üçüncüdür (1346).

17.05.2018 14:00 / Baxılıb: 191 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo