ADU-nun Konfutsi İnstitutunda Beynəlxalq Ailə Günü qeyd edilib

AZADİNFORM. Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Beynəlxalq Ailə Gününə həsr olunmuş “Azərbaycan və Çin uşaqlarının tərbiyəsi ənənələri” mövzusunda elmi tələbə seminarı keçirilib.

ADU-dan Azadinform-a verilən məlumata görə, Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov “Kitabi Dədə Qorqud” qəhrəmanlıq eposunda ailə ənənələrinə verilən yüksək dəyər haqqında danışıb. Bildirib ki, oğuzlar üçün ailənin əsas dəyəri uşaqlar sayılırdı, valideynlərin vəzifəsi onların fiziki və mənəvi inkişafına xüsusi diqqət yetirməkdən ibarət idi. R. Abbasov  eyni zamanda uşaqların yetişdirilməsində Konfutsizmin rolundan danışaraq, dahi çinli filosof Konfutsinin “Dövlət böyük bir ailədir və ailə isə kiçik bir dövlətdir” sözlərini xatırladıb. 

Seminarda çıxış edən Konfutsi İnstitutunun müəllimi Çen Siaocen  “Uşaqlıq dövründən təhsil”, “Sevgi və şiddət”, “Dürüstlük”, “Valideynlərin şəxsi nümunəsi” kimi prinsiplərə əsaslanaraq, Çində ailə təhsilinin ənənələri haqqında danışıb. O, həmçinin qeyd edib ki, Çinin ənənəvi təhsili müstəqil, çalışqan, nəzakətli və sədaqətli uşaqların yetişdirilməsini qarşısına məqsəd qoyub.

17.05.2018 13:33 / Baxılıb: 250 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo