Masallı və Cəlilabad sakinləri üçün Azercell-dən 4G

Adəm Abbaslı/AZADİNFORM. Ölkəmizdə ilk dəfə 4G texnologiyasını və yüksək sürətli mobil interneti abunəçilər üçün mümkün edən Azercell Telekom bölgələrdə də bu xidmətin yayılmasına yönəlik təşəbbüslərini davam etdirir. Azercell LTE şəbəkəsinin əhatə dairəsini genişləndirərək bu dəfə Masallı və Cəlilabad şəhərlərində 4G xidmətini istifadəyə verib.

Şirkətdən Azadinform-a verilən məlumata görə, Masallıda ümumilikdə 6, Cəlilabadda isə 5 LTE stansiyası quraşdırılaraq yerli abunəçilərə yüksək sürətli mobil internetdən istifadə etməyə imkan yaradıb. 4G xidmətinə qoşulan abunəçilərinə Azercell hədiyyə olaraq 5GB həcmində mobil internet də təqdim edir. 5GB hədiyyə interneti aktivləşdirmək üçün isə abunəçilərə sadəcə olaraq “4” rəqəmini 2525 qısa nömrəsinə SMS-lə göndərmək kifayətdir.

Bakı və Abşerondan sonra regionlarda ilk 4G xidmətləri təqdim edən operator olaraq, Azercell ötən il ərzində Gəncə, Bərdə, Şəmkir, Lənkəran və Şirvandakı abunəçiləri üçün yüksək sürətli interneti əlçatan edib.

Azercell-in bu il üçün əsas məqsədlərindən biri 4G şəbəkəsinin respublika ərazisi boyunca genişləndirilməsini davam etdirməkdir.

17.05.2018 12:13 / Baxılıb: 203 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo