Xarici güclər torpaqlarımızın qaytarılmasını istəmir, çünki öz maraqları var

Şəfa Tapdıq/AZADİNFORM. “Mən Şuşa, Laçın və Xocalı faciələrinin canlı şahidlərindən biriyəm. O zaman “Səhər” qəzetinin müxbiri idim. Həmin vaxt vəziyyət çox gərgin idi. Təəssüf ki, vahid komandanlıq yox idi, ordumuz yeni yaranırdı, üstəgəl gedən siyasi proseslər torpaqlarımızın itirilməsi ilə nəticələndi”.

Bu sözləri Azadinform-a açıqlamasında “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, Qarabağ qazisi Şamil Sabiroğlu Ermənistanın ölkəmizə təcavüzünün davamı kimi 18 may 1992-ci ildə Laçın rayonunun işğal edilməsi haqda danışarkən deyib: “Laçının işğalı günü yadımdan çıxmır. Şuşa və Ermənistan istiqamətindən Laçına dəhşətli hücum təşkil etmişdilər və təəssüf ki, Laçını itirdik. Allahdan şəhidlərimizə rəhmət diləyirəm”.

Ş.Sabiroğlu onu da qeyd edib ki, Azərbaycan öz gücünə arxayın olmalıdır: “Quran oxumaqla donuz darıdan çıxmır. Ona görə də güc özümüzə düşür. Aprel döyüşləri göstərdi ki, Azərbaycan öz torpaqlarını qaytarmağa qadirdir. Xarici güclər torpaqlarımızın qaytarılmasını istəmir, çünki öz maraqları var. Qətiyyətlə Azərbaycanın öz torpaqlarına sahiblik etməməsinə çalışırlar. Ona görə də özümüz güclənməliyik. Beynəlxalq qüvvələr də Azərbaycanın getdikcə gücləndiyini görsələr, bizimlə hesablaşacaqlar. Biz hər an döyüşə və qələbəyə hazır olmalıyıq”.

17.05.2018 12:03 / Baxılıb: 300 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo