Məleykə Abbaszadə: Ali məktəblərə qəbul planı artırılıb

2018-2019-cu tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə qəbul planı ötən illə müqayisədə təxminən 2303 yer (5,37 %) artıb.

Məlumata görə, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O deyib ki, yeni tədris ili üzrə ali məktəblər üçün 45 159 yer ayrılıb.

M.Abbaszadə bildirib ki, ixtisas qrupları üzrə artım müxtəlifdir. I ixtisas qrupunda plan yerlərinin sayı 4 %, II qrupda 3,5 %, III qrupda 9 %, V qrupda isə 8 % artıb.

Qəbul planında dövlət sifarişli yerlər üzrə plan yerlərinin sayında 1,3 % artım olub. Bu da keçən illə müqayisədə 32 yer artım deməkdir:"Artmanım olması o demək deyil ki, bütün universitetlərdə plan yerlərinin sayı artıb. Misal olaraq, Azərbaycan Tibb Universitetində plan yerlərinin sayı 26 % azalıb. Müəyyən universitetlərdə yeni ixtisaslar açılaraq plan yerlərinin sayı artıb, müəyyən universitetlərdə isə azalıb".

M.Abbaszadə əlavə edib ki, 2017-2018-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə qəbul planı bu yaxınlarda "Abituriyent 4" jurnalında dərc olunacaq.

DIM Direktorlar Şurasının sədri qeyd edib ki, 2018-2019-cu tədris ili üzrə 9 illik bazadan kolleclərə qəbul planı 5 % (572 yer) azalıb, 11 illik orta təhsil bazadan isə qəbul planı ötən ilə nisbətən 21 % artıb.

M.Abbaszadə deyib ki, 11 illik bazadan kolleclərə qəbul üçün 9 687 plan yeri ayrılıb:" Keçən il isə bu rəqəm 8004 idi. Təxminən 1683 yer artıb". (Trend)

17.05.2018 11:52 / Baxılıb: 176 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo