Paytaxtın əsas yollarında hərəkət qismən məhdudlaşır

Adəm Abbaslı/AZADİNFORM. Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospekti, Sabunçu yol qovşağından Hava limanı istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır. 

Bu barədə Azadinform-a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən məlumat verilib. 

Məlumatda qeyd edilir ki, anoloji işlər Bakı-Ələt avtomobil yolunun Bayıl dairəsi Azneft meydanı istiqamətində də aparılır. Bu məqsədlə, sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. 

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən isə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

17.05.2018 11:05 / Baxılıb: 186 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo