Özbəkistanda sel nəticəsində 5 nəfər ölüb

AZADİNFORM. Özbəkistanın cənubunda sel daşqınları nəticəsində 5 nəfər həyatını itirib.

Azadinform “Ria novosti”yə istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, sel daşqınlarına səbəb aramsız yağan leysan yağışlar və kəskin istiləşmədir.

Hazırda Özbəkistan FHN tərəfindən xilasetmə və bərpa işləri aparılır.

17.05.2018 10:40 / Baxılıb: 180 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo