Saxta elektron viza ilə Azərbaycana gəlmək istəyən 3 əcnəbi saxlanılıb

Adəm Abbaslı/AZADİNFORM. 2018-ci ilin 15 may tarixində Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıq­lığı və peşəkarlığı sayəsində 3 xarici vətəndaşın saxta elektron vizalarla Azərbaycan ərazisinə gəlmək cəhdinin qarşısı alınıb.

DSX-dən Azadinform-a verilən məlumata görə, “Şarja-Bakı” rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı 3 Nepal vətəndaşı tərəfindən sərhəd nəzarətinə təqdim etdikləri elektron viza­larının başqa dövlətlərin vətəndaşlarına aid olmaları müəyyən olun­ub.

Sərhəd nəzarəti zamanı təqdim olunmuş sənədlərə laboratoriya şəraitində dərinləşdirilmiş baxış keçirilərkən Nepal vətəndaşı 1952-ci il tə­vəllüdlü Ali Bakhsi Ghodrollahın təqdim etdiyi elektron vizanın İİR vətəndaşı Şahi Ram Bahadurun adına, Nepal vətəndaşı 1993-cü il tə­vəl­lüdlü Khand Satrughmanın təqdim etdiyi elektron vizanın Çexiya vətəndaşı Mozek Ondrejin adına, Nepal vətəndaşı 1991-ci il təvəllüdlü Thapa Sunanın təqdim etdiyi elektron vizanın Böyük Britaniya vətən­daşı Shah Qasım Alinin adına verilməsi aşkar olunub.

Araşdırma zamanı həmin şəxslərin Azərbaycan ərazisindən tranzit istifadə etməklə Avropaya qanunsuz miqrasiya etmək niyyətində olmalarını göstərən hallar aşkar olunub. Belə ki, Nepal vətəndaşlarının Azərbaycan Respublikasının elektron vizasını öz ölkələrində turizm agentliyindən 100 ABŞ dolları ödəməklə əldə etmələri, Bakıya turizm məqsədilə səfər etmələrini bildirdikləri halda geriyə aviabiletlərinin olmaması, şəhərdə qalmaq üçün yer sifariş etməmələri müəyyən edil­ib.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

17.05.2018 09:50 / Baxılıb: 183 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.10.2018
15.10.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo