Azərbaycanda Ramazan ayı başladı

Adəm Abbaslı/AZADİNFORM. Bu gün Azərbaycanda Ramazan ayı başlayır.

Məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının Ramazan ayı münasibətilə verdiyi fətvada bildirilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə təsadüf edir və Ay göründüyü andan Ramazani-şərif başlayır.

Mayın 16-dan 17-nə keçən gecə isə niyyət gecəsidir.

QMİ hər il olduğu kimi, bu il də AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birgə Ramazan ayının başlanğıcı, namaz vaxtları və gündəlik dualarını, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib.

Eydül-Fitr - Ramazan bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyunun 15-nə təsadüf edəcək. Ramazan bayramı dövlət səviyyəsində və qeyri-rəsmi iş günü kimi qeyd olunur.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son  günüdür. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

QMİ Qazılar Şurası və Elmi-Dini Şurası xatırladır ki, Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etmək böyük günahlardandır və xəbərdarlığı nəzərə almayanlar barəsində ciddi tədbirlər görüləcək.

17.05.2018 00:01 / Baxılıb: 176 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo