Azərbaycan yığması Gürcüstan millisinə uduzub

20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Azadinform-un məlumatına görə, milli komanda gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.

Azərbaycan yığmasının heyətində yeganə qolu 66-cı dəqiqədə Ziya Əzizov vurub.

U-20 mayın 24-də və 27-də Makedoniyanın U-21 millisi ilə 2 yoxlama oyununda qüvvəsini sınayacaq.

Yoldaşlıq oyunu

16 may

19:00. Azərbaycan U-20 - Gürcüstan U-20 - 1:2

Qol: Ziya Əzizov, 66 - David Mudiri, 79, David Samurkasovi, 83

16.05.2018 23:08 / Baxılıb: 217 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo