İsrail Qəzza zolağını atəşə tutub

İsrail hərbçiləri Qəzza zolağını atəşə tutub.

Azadinform-un məlumatına görə, bu barədə İsrail müdafiə ordusunun “Tvitter”ində məlumat yayılıb.

Məlumata əsasən, İsrail ordusunun tankı Qəzza zolağının cənub hissəsində HƏMAS-ın iki hərbi postunu atəşə tutub.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Qeyd edək ki, ABŞ-ın İsraildəki səfirliyi mayın 14-də  Təl-Əvivdən Qüdsə köçürülüb. Bu, həm də İsrail dövlətinin yaradılmasının 70-ci ildönümünə təsadüf edib. Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsi və İsrail dövlətinin yaradılması ilə bağlı Qəzza sərhədində aksiya keçirib. İsrail hərbçilərinin aksiyaçıları atəşə tutması nəticəsində 61 fələstinli ölüb, 3000-dən çox fələstinli yaralanıb.

16.05.2018 22:32 / Baxılıb: 223 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo