Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlrd. kubmetr qaz nəql olunub

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 8 112,4 mln. kubmetr qaz nəql edilib.

Azadinform-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9% artım müşahidə olunub.

Qazın nəqlinin 29,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, bu kəmərlə 2 391,3 mln. kubmetr qaz ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 6% azdır.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilib. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.

Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır.

16.05.2018 20:38 / Baxılıb: 211 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.05.2018
    25.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo