Özbəkneftqaz, SOCAR və BP Azərbaijan arasında sənədlər imzalanıb

Daşkənddə keçirilən “Özbəkistanın neft və qazı-OGU 2018” beynəlxalq sərgisi çərçivəsində “Özbəkneftqaz”, SOCAR və BP Azərbaijan şirkətləri “Özbəkistan Respublikasında yataqların birgə kəşfiyyatı və işlənməsi imkanlarının öyrənilməsi üzrə qarşılıqlı anlaşma Memorandumu” və “Özbəkistanın “Özbəkneftqaz”ın investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılması imkanlarının öyrənilməsi üzrə qarşılıqlı anlaşma Memorandumu” imzalanıb.

Sənədləri “Özbəkneftqaz” sədrinin birinci müavini Uluqbek Saidov, SOCAR-ın vitse-prezidenti Bəhram Hüseynov və “BP Azerbaijan” şirkətinin vitse-prezidenti Qreq Rayli imzalayıblar. (azərtac)

16.05.2018 19:57 / Baxılıb: 223 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo