| |||||
Dördüncü mərtəbədən yıxılan usta öldüSumqayıt şəhərində 55 yaşlı kişi dördüncü mərtəbədən yıxılaraq ölüb. Hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1963-cü il təvəllüdlü Mübariz Tapdıq oğlu Hüseynov 9-cu mikrorayon ərazisində yerləşən yaşayış binasındakı mənzillərdən birində peyk antenası quraşdırarkən ehtiyatsızlıqdan 4-cü mərtəbədən yıxılıb. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Meyit Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. (report)
16.05.2018 19:43 / Baxılıb: 248 /
Bu bölmədə ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() 20.02.2019
|
© 2019 All right reserved www.azadinform.az | Powered by Danneo |