Qubada itkin düşmüş alpinistlərin meyiti tapılıb - Yenilənib

AZADİNFORM. Quba rayonunda itkin düşmüş alpinistlərin hər üçünün meyiti tapılıb. 

Azadinform FHN-ə istinadən xəbər verir ki, davam edən axtarışlar nəticəsində bu gün saat 19:00-da daha 2 meyit (kişi və qadın) aşkar edilib. 

Əlavə məlumat veriləcək.

 

*** 18:55

 

Quba rayonunda itkin düşmüş alpinistlərdən birinin meyiti tapılıb. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, ötən il dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan və indiyədək davam edən axtarışlar nəticəsində mayın 16-da saat 18:00-da axtarış işlərinin aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyənləşib və ilkin olaraq 1 kişi meyiti aşkar edilib. 

Hazırda axtarış-təmizləmə işləri davam etdirilir, əlavə məlumat veriləcək.

Qeyd edək ki, 2017-ci il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə “Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. 

16.05.2018 19:07 / Baxılıb: 358 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo