Yasamalın bir hissəsində su olmayacaq

Samir Soltanov/AZADİNFORM. Sabah Bakının Yasamal rayonun bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq. 

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Azadinform-a verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar mayın 17-də gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsinə  içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

"Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir", - deyə məlumatda vurğulanıb.

16.05.2018 18:19 / Baxılıb: 174 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo