Bu küçələrdə hərəkət tam olaraq dayandırılacaq

Samir Soltanov/AZADİNFORM. Aparılan təmir işləri ilə əlaqədar olaraq, may ayının 16-dan 17-nə keçən gecədən etibarən Təbriz küçəsinin Tələt Şıxəliyev və Əbdüləzəl Dəmirçizadə küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq. 

Azadinform xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin və Bakı Nəqliyyat Agentliyinin birgə yaydığı məlumatda qeyd olunub. Bildirilir ki, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq. 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

16.05.2018 18:10 / Baxılıb: 148 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.05.2018
    25.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo