Ermənistanda korrupsiya olsa da, məruzələrdə müsbət fikirlər bildirilir

AZADİNFORM. “Ermənistan haqda bütün məruzələrdə müsbət fikirlər qeyd olunur”. 

Azadinform xəbər verir ki, bu sözləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurum tərəfindən ona tətbiq olunan sanksiya ilə bağlı keçirdiyi mətbuat konfransında deyib: “Ermənistanda korrupsiya da var, insan haqları da pozulur. Bəs necə olur onlar barədə müsbət fikirlər bildirilir? Bu məsələnin arxasında başqa qüvvələr var. Onlar Azərbaycanın inkişafına xələl gətirmək istəyirlər. Bilirsiniz ki, 1 aydan sonra TANAP-ın açılışıdır. Həmçinin Azərbaycan-Avropa əlaqələri yüksək səviyyədədir. Deməli, bu qərar təsadüfi deyil”.

16.05.2018 18:00 / Baxılıb: 206 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo