AŞ PA-da sanksiyaya məruz qalanlar Azərbaycanı dəstəkləyənlərdir

AZADİNFORM. “AŞ PA-da sanksiyaya məruz qalan şəxslər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən şəxslərdir”. 

Azadinform xəbər verir ki, bu sözləri Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı tətbiq olunan sanksiya ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində fəaliyyət göstərən insanlar həmin qurumda daim sanksiyaya məruz qalıblar: “Bu gün sanksiyaya məruz qalanlar bir neçə komitədə, bir neçə iclasda Qarabağın azad olunması ilə bağlı məsələlər qaldıran şəxslərdir”. 

S. Seyidov qeyd edib ki, hədəf götürülən Azərbaycanın milli maraqlarıdır və bu sanksiya Azərbaycanın deyil, AŞPA-nın nüfuzuna mənfi təsir göstərəcək.

16.05.2018 17:39 / Baxılıb: 165 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.05.2018
    25.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo