Bu sanksiya bizim söz demək imkanlarımıza məhdudiyyət qoya bilməz

AZADİNFORM. “Aprel sessiyası iclasında ermənilər tərəfindən xüsusi sənəd təqdim olunmuşdu. Orada Azərbaycanın ayrılmaz parçası olan Qarabağın məkan adları dəyişdirilmişdi və təsdiq üçün Avropa Şurası Parlament Assambleyasına təqdim olunmuşdu”. 

Azadinform xəbər verir ki, bu sözləri Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. O bildirib ki, həmin sənəd Azərbaycan nümayəndə heyətinin fəaliyyəti əsasında dəyişdirilib: “Onlar Şuşanın adını Şuşi kimi qeyd etmişdilər. Bizim fəaliyyətimiz nəticəsində sənəddə ad Şuşa olaraq saxlanıldı. Həmçinin bizim nümayəndə heyəti Qarabağa kənardan gətirilərək yerləşdirilən ermənilərlə bağlı məsələni qabartdı”.

S. Seyidov qeyd edib ki, bu sanksiya nə bizim söz demək imkanlarımıza məhdudiyyət qoya, nə də hansısa sənədlərin hazırlanması ilə bağlı məhdudiyyət yarada bilər: “Sanksiyalar sadəcə hansısa seçki missiyalarında iştirak, hansısa ölkəyə məruzəçi və sair bu kimi sahələrə tətbiq ediləcək. Bu Azərbaycanın qurumda normal fəaliyyəti, Dağlıq Qarabağ probleminin çatdırılmasında fəaliyyəti üçün heç bir məhdudiyyət yaratmayacaq. Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirəcək”.

16.05.2018 17:25 / Baxılıb: 212 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo