İran sərhədindəki işğalçının başını sığallayır

Şəfa Tapdıq/AZADİNFORM. “İran hökuməti son vaxtlar sırf təbliğatla məşğul olur və analitikanı unudur. Düşünürəm ki, onlara bu sahədə yardım lazımdır. Analitika üçün “soyuq” baş lazımdır”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu jurnalistlərlə görüşü zamanı bildirib.

O, qeyd edib ki, İran Azərbaycanın daxili işlərinə qarışmamalı, “islam inqilabı” ixracı ilə məşğul olmamalıdır: “İranın böyük səhvi Azərbaycanı nədəsə günahlandırmaqdır. Ölkəmiz İrana görə yox, özümüzə görə müstəqil siyasətini yürüdür. Azərbaycandan İrana təhlükə yoxdur. Ölkəmiz əleyhinə aparılan işlər var ki, Azərbaycan özü İran olmasa da, o problemlərin təhlükəsini aradan qaldıracaq. Təəssüf ki, İran Ermənistana dəstəyini nümayiş etdirir, sərhədində olan işğalçının başını sığallayır, amma Fələstin məsələsində mövqe sərgiləyir. Prezident İlham Əliyev də bir dəfə demişdi ki, Azərbaycana heç kim kömək etməyib, etmir, etməyəcək də. Heç buna ehtiyac da yoxdur. İran kimlərlə tərəfdaşlıq etdiyini diqqətə almalı, qonşuluq prinsiplərinə riayət etməlidir. Etmirsə, bunu açıq deməlidir”.

16.05.2018 17:00 / Baxılıb: 218 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo