Roma Papası Qəzza sektorunda baş verən toqquşmalardan danışıb

Samir Soltanov/AZADİNFORM. Roma Papası Fransisk Qəzza sektorunda fələstinlilərlə İsrail ordusu arasında baş vermiş toqquşmaya münasibətini bildirib. 

Azadinform xəbər verir ki, Roma Papası Orta Şərqdə və müqəddəs torpaqlarda qarşıdurmanın şiddətlənməsindən, sülh və dialoqdan getdikcə uzaqlaşan müzakirələrin xaosa çevrilməsindən narahat olduğunu bildirib: “Dualarımla bütün acı çəkənlərin yanındayam. Qarşıdurmaların, şiddətin heç vaxt sülhə aparmayacağını bir daha vurğulayıram”.

Xatırladaq ki, ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsinə etiraz əlaməti olaraq fələstinlilərlə İsrail ordusu arasında toqquşma baş verib. Toqquşma nəticəsində 62 fələstinli həlak olub, 3000-ə yaxın isə xəsarət alıb.

16.05.2018 16:03 / Baxılıb: 173 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo