ADU-nun rektoru Kamal Abdulla Türkiyə səfiri ilə görüşüb

AZADİNFORM. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb.

Universitetdən Azadinform-a verilən məlumata görə, qonağı salamlayan rektor K.Abdulla E.Özoralı ADU-da görməkdən məmnun olduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı I Beynəlxalq elmi konfrans haqqında məlumat verən K.Abdulla konfransın bölmə iclaslarının Türkiyənin Atatürk və Ərciyəs universitetlərində də yüksək səviyyədə baş tutduğunu bildirib, qardaş ölkəyə minnətdarlığını çatdırıb. K.Abdulla Türkiyə universitetləri ilə ADU arasında əlaqələrin daha da güclənməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacib olduğunu deyib.

K.Abdulla E.Özoralı “Səfir saatı” layihəsi çərçivəsində ADU tələbələrinə mühazirə deməyə dəvət edib.

Yüksək qonaqpərvərliyə görə ADU rəhbərliyinə təşəkkürünü bildirən səslənən təklifləri müsbət qarşıladığını söyləyib, əlaqələrin daha da güclənməsi üçün mühüm addımlar atmağın vacibliyindən danışıb, münasibətlərin daha yüksək səviyyəyə çatması üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.

16.05.2018 15:46 / Baxılıb: 196 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
    14.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo