Azərbaycanda neft və qaz hasilatı artıb

Samir Soltanov/AZADİNFORM. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 10,9 mlrd. manat olmaqla əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 0,1% artıb. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 12,8 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 5,6 mlrd. kubmetr təşkil edib. 

Bu ilin yanvar-aprel aylarında ölkədə 12 817,1 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, 2017-ci ilin yanvar-aprel ayının göstəricilərinə nisbətən 1,4% çoxdur. Bu il mayın 1-nə 250,7 min ton hazır məhsul ehtiyatı yaranıb. Bunun 12 799,9 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 1,4% artıb. 

2018-ci ilin yanvar-aprel ayı ərzində ölkədə 9 280,7 mln. kubmetr təbii qaz istehsal olunub. Bu, 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 5,8% çoxdur. Bunun 5 602,7 min kubmetri əmtəəlik təbii qazıdır ki, bu da daha əvvəlki illə müqayisədə 10,8% azdır.

16.05.2018 15:28 / Baxılıb: 177 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo