Mobil operatorlar 281 milyon manat gəlir əldə edib

Samir Soltanov/AZADİNFORM. Cari ilin yanvar-aprel ayları ərzində informasiya və rabitə müəssisələri 569,9 mln. manatlıq xidmət göstərib ki, onun da 71,8%-i əhali tərəfindən istehlak olunub. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,8% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9%-i qeyri-dövlət sektorunun payına düşüb. 

Xidmətlərdən əldə edilən gəlirin 49,3%-i və ya 281,0 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

16.05.2018 15:14 / Baxılıb: 147 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.05.2018
    25.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo