Elektrik enerjisinin ixracı 2,5 dəfədən çox artıb

Samir Soltanov/AZADİNFORM. Cari ilin yanvar-aprel aylarında Azərbaycandan 987 milyon 949 min kilovat/saat elektrik enerjisi ixrac olunub. 

Dövlət Gömrük Komitəsindən (DGK) Azadinform-a verilən məlumata görə, ötən 4 ayda ixrac olunan elektrik enerjisinin dəyəri 47 milyon 303 min ABŞ dolları təşkil edib. 

Xatırladaq ki, 2017-ci ilin müvafiq dövründə ölkədən 387 milyon 406 min kilovat/saat elektrik enerjisi ixrac edilib, ixracın dəyəri isə 16 milyon 535 min dollar olub. 

Beləliklə də, bu ilin yanvar-aprel aylarında Azərbaycandan elektrik enerjisinin ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb.

16.05.2018 11:30 / Baxılıb: 187 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo