Azərbaycandan 1 milyard 893 milyon 203 min kubmetr təbii qaz ixrac olunub

Samir Soltanov/AZADİNFORM. Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 1 milyard 893 milyon 203 min kubmetr təbii qaz ixrac olunub. 

Dövlət Gömrük Komitəsindən (DGK) Azadinform-a verilən məlumata görə, dörd ayda ixrac olunan təbii qazın dəyəri 342 milyon 922 min ABŞ dolları təşkil edib. 

Qeyd edək ki, keçən ilin müvafiq dövründə ölkədən 1 milyard 705 milyon 122 min kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri isə 276 milyon 201 min dollar olub.

16.05.2018 11:14 / Baxılıb: 165 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo