Şirkətin 70000 manatını oğurlayan dəstənin digər üzvü saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Mingəçevirdə şirkətin 70000 manatını oğurlayan qrupun digər üzvü də saxlanılıb. 

DİN-dən Azadinform-a verilən məlumata görə, nazirliyin Baş Cinayət Axtarışı İdarəsi və Mingəçevir ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da Mingəçevir şəhərindəki şirkətlərin birində hasilatçı (ekspeditor) vəzifəsində çalışan E. Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus içərisində 70000 manat olan çantanı əlindən almaqda şübhəli bilinən qrupun digər üzvü - Mingəçevir şəhər sakini Yaşar Kərimov tutulub. 

Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.  

16.05.2018 10:40 / Baxılıb: 192 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo