Komitə büdcəyə ödədiyi vəsaiti açıqlayıb

Samir Soltanov/AZADİNFORM. Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 mlrd. 27 mln. 581,90 min manat daxil olub. 

Azadinform Komitəyə istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 269 mln. 488,51 min manat və ya 35,55% artıb. 

Ötən 4 ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 264 mln. 16,30 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 709 mln. 993,10 min manat, aksizlər üzrə 42 mln. 424 min manat, yol vergisi üzrə isə 11 mln. 148,50 manat təşkil edib.

16.05.2018 10:12 / Baxılıb: 179 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo