Sietlda Azərbaycan Günü elan edilib

Adəm Abbaslı/AZADİNFORM. ABŞ-ın Vaşinqton ştatının ən böyük mərkəzi olan Sietl şəhərinin meri Cenni Durkan  Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq bəyanat verib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Azadinform-a verilən xəbərə görə, bəyanatda Azərbaycanın öz müstəqilliyini 1918-ci il 28 may tarixdə elan etdiyi və 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu bildirilir.

Eyni zamanda, ADR-in Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur.

Bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyi dövründə irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq ABŞ-dan daha öncə qadınlara seçki hüququnun verilməsini təmin edib.

C. Durkan qeyd edir ki, Sietl şəhərində və dünyanın digər yerlərində yaşayan Azərbaycanlılar Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyini qeyd edir.

Sietl şəhəri Azərbaycan xalqının azadlıq və demokratiya uğrunda apardığı mübarizəni xatırlamağa çağırır və ən xoş arzularını bildirir.

Sietl şəhəri, burada yaşayan Azərbaycan icmasını dəyərləndirdiyini və Azərbaycanın irsi və tarixinin qeyd olunmasını dəstəklədiyini vurğulanır.

Qeyd etmək istərdik ki, bəyanat Sietl şəhərinin meri tərəfindən Sietlda yaşayan Azərbaycan icması və Vaşinqton Universitetinin Azərbaycanlı tələbələrinin dəstəyi nəticəsində  təqdim olunub.

16.05.2018 09:55 / Baxılıb: 171 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo