KXDR Cənubi Koreya ilə görüşdən imtina edib

Şimali Koreya (KXDR) Cənubi Koreya ilə mayın 16-na planlaşdırılmış yüksək səviyyəli görüşdən imtina edib.

Azadinform-un “Renhap”a istinadən verdiyi xəbərə görə, buna səbəb ABŞ-ın Cənubi Koreya ilə keçirdiyi birgə hərbi təlimlər olub.

Qeyd edək ki, iki ölkə arasındakı sərhəddə keçirilməsi planlaşdırılmış görüşün təşəbbüskarı KXDR olmuşdu. Danışıqlarda “Qırmızı Xaç” xətti ilə dialoqun bərpası məsələlərinin müzakirə olunacağı gözlənilirdi.

Pxenyan həmçinin ABŞ-la planlaşdırılmış birgə sammitdən də imtina edəcəyi ilə hədələyib.  

Qeyd edək ki, ABŞ-ın  “Max Thunder” təlimləri Cənubi  Koreyada aprelin 15-dən keçirilir.  Təlimlərdə 2000-dək ABŞ və Cənubi Koreya  hərbçiləri iştirak edir.

15.05.2018 23:47 / Baxılıb: 231 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo